Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.

"Unikal" xəbər verir ki, Samir Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

***11:48

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyevlə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, Gədəbəy rayonu, İnəkboğan kəndində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edirlər.

Mərhum tələbələ vida mərasimindən sonra dəfn ediləcək.

Tural Əhmədov