Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində dünyasını dəyişən tələbə Şahin Vəliyevlə vida mərasimi keçirilir.
Mərhumun dayısı Azər Hüseynov "Unikal"a bildirib ki, dağılan binanı öz gözləri ilə görüb:
"Binanı gördükdən sonra başa düşdüm ki, həmin yerdən insanların sağ çıxma ehtimalı sıfıra bərabərdir. Elə bilin ki, başqa bir tikintinin 20 "Kamaz" söküntüsünü gətirib oraya töküb, onun altında da insan axtarırdılar. Yenə də sona qədər ümidlə gözlədik. Dedik, bəlkə də sağ çıxar, amma təəssüf ki, onların 4-nün də nəşi tapıldı.
Şahin 3-cü kursda oxuyurdu. Universiteti bitirdikdən sonra idman müəllimi olacaqdı. Əlimizdə böyüyən uşaq idi. Bizim də, Şahinin də böyük arzuları var idi. Bizim arzularımızı ürəyimizdə qoydu. Öz arzuları da elə özü ilə getdi".
Tural Əhmədov