Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak ediblər.
Vida mərasimindən sonra mərhum tələbə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.