Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
"Unikal" xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin əmri ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o bu təyinatadək Goranboy rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini olub.