Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bərdə rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.