Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənovun 17 fevral 2023-cü il tarixində Kürdəmir şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"Unikal" xəbər verir ki, qəbul 22 fevral 2023-cü il tarixində saat 10:00-da Yeni Azərbaycan Partiyası Kürdəmir Rayon Təşkilatının binasında keçiriləcək.
Qəbulda Kürdəmir, Ucar və Zərdab rayonlarından sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.Vətəndaşlar qəbul üçün Kürdəmir, Ucar və Zərdab sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.