"Avrora Qrup" ixrac imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək üçün dünyanın ən böyük qida sərgilərindən biri “Prodexpo 2023 Moscow” sərgisində iştirak edib.
"Unikal" xəbər verir ki, sərgi zamanı “Avrora Qrup”un əsas brendləri : “Doymak”, “Lafarella”, “Kreki”, “Harika”, “Tanelli”, “Berg Glucose”, “Berg Skyline”, “Sladena”, “Barovski”, “Sladok” və s. müştərilərə və tərəfdaşlara təqdim edilib.
"Avrora Qrup" bu böyük qida sərgisi platformasında müxtəlif ölkələrdən olan partnyorları ilə görüşmüş və yeni layihələri müzakirə edib. Bundan başqa şirkət həmçinin yeni potensial müştərilərlə danışıqlara başlanılıb və öz ixrac coğrafiyasını genişləndirmə imkanlarını dəyərləndirilib.