"Təyyarə biletlərinin qiymətinin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinlik yaşanır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycana deyil, məhz təhsil aldıqları ölkədə keçirməli olurlar:
"Başqa məsələ isə odur ki, Türkiyədə zəlzələ səbəbindən təhsilin distant formada olmasından orada təhsil alan azərbaycanlı tələbələrin bir hissəsi Azərbaycana qayıdıb. Onların kitabları və istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Amma təyyarə biletlərinin baha olmasından qayıdıb götürə bilmirlər. Bütün bunlar nəzərə alınaraq tələbələrə təhsil məqsədilə həm daxili, həm də xarici nəqliyyat vasitələrindən istifadə üçün müəyyən güzəştlərin tədbiqinə baxılmasına ehtiyac var. Dünyada belə təcrübə çoxdur. Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Ölkə rəhbərliyinin təhsilə böyük önəm verməsini nəzərə alaraq müvafiq dövlət qurumları bu sahədə araşdırma aparıb aidiyyəti qurumlara təkliflərini verməlidir”.
Anar Kəlbiyev