Azərbaycanla Serbiya arasında iki sənəd təsdiq edilib.
"Unikal" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq edilib.
Anar Kəlbiyev