Sumqayıt Tibb Mərkəzində iki yeni təyinat olub.
"Unikal" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Sumqayıt Tibb Mərkəzində (Mərkəz) iki yeni təyinat olub.
İlkin Namazov Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Maisə İsmayılova isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.
Qeyd edək ki, İ.Namazov bundan əvvəl Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri, M.İsmayılova isə Mərkəzin nəzdində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi kimi fəaliyyət göstərib.