Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri 12-ci mkr-da yerləşən Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbində keçirilib.
“Unikal” xəbər verir ki, görüşdə Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı 34 məsələ qaldırılıb ki, onlardan 10-u yerində həll olunub, 10-u baxılması üçün nəzarətə götürülüb.14 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda sakinlər 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan, eyni zamanda göstərdiyi diqqət və qayğıya görə RİH başçısı Malik İsaqova minnətdarlıqlarını ifadə ediblər.
Malik İsaqov növbəti səyyar qəbul keçirib - FOTO
21:17 17-02-2023
CƏMİYYƏT
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34