Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.
“Bu gün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin törətdiyi Qaradağlı qırğınının 31-ci ildönümüdür. 1992-ci il fevralın 17-də 68 dinc sakin vəhşicəsinə öldürülüb, 49-u girov götürülüb. Şahidlərin sözlərinə görə, Xankəndidən 2 km aralıda 43 azərbaycanlı girov güllələnərək öldürülüb”, - XİN rəsmisi qeyd edib.
Today, #Azerbaijan commemorates the 31st anniversary of Garadaghly massacre committed by #Armenian forces. On Feb 17, 1992, 68 civilians were brutally killed, 49 taken hostage. According to eyewitnesses, 43 Azerbaijani hostages shot to death in an area 2 km away from Khankandi. pic.twitter.com/CXTWwnODYT
— Aykhan Hajizada (@Aykhanh) February 17, 2023