Goranboyda 22 yaşlı gənc oğlan əkin sahəsində dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, rayonun Veysli kənd sakini 2001-ci il təvəllüdlü Mustafayev Şahin Neymət oğlu əkin sahəsində suvarma işləri aparan zaman qəfil halı pisləşib.
Dərhal təcili tibbi yardım birqadası çağrılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov