SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Unikal" xəbər verir ki, növbəti həftə ( 20-21.02.2023 və 23-24.02.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 2-ci günü saat 13:00-14:00-a dək Ucar rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.