Cari mövsümün əvvəli "Olimpiakos"a keçən Marselonun klubdan ayrılması gözlənilir.
"Unikal" xəbər verir ki, braziliyalı müdafiəçi Pirey təmsilçisi ilə müqaviləsinə xitam verilməsi ilə bağlı görüşəcək. Adı açıqlanmayan klubdan təklif alan Marselo razılıq əldə edib.
Qeyd edək ki, Marselo 2022-ci ilin yayında "Real"dan ayrılıb.