Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Baş Prokurorluq dərhal hadisə yerinə baxış keçirib. Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda Gəncə Şəhər Prokurorluğunda Turxan Əliyev və Aytən Abdullayevanın ölüm səbəbi araşdırılır.

Əlavə məlumat veriləcək.