Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Gecənin ən maraqlı matçı İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında baş tutacaq.
Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Günün digər qarşılaşması isə İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən "Napoli" ilə Frankfurtda "Ayntraxt"ı arasında olacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
00:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, "Enfild" stadionu
00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, "Frankfurt" stadionu.
Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.