Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15.02.2023-cü ildə anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb.

Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.