"Hələ də rəhmətlik həyat yoldaşımı sevirəm. 10 ildir dünyasını dəyişib. Sevgi ölmür. İnsanın cismi gedirsə, o demək deyil, onu sevmirsən. Hər gülən insan o demək deyil, xoşbəxtdir. Heç kimin həyatını müzakirə etməyin. Həyat çox çətindir".
"Unikal" xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva "Elgizlə izlə" verilişində deyib. O, aparıcı Elgiz Əkbərin həyat yoldaşı ilə bağlı sözlərinə əsəbiləşib. Lalə bildirib ki, ərini 10 ildir itirsə də, hələ də onu sevir.
Lalə daha sonra proqrama yardım üçün gələn şəxslərə "Pozitiv olun. Hamımız xoşbəxtik" sözlərini deyib. Daha sonra proqramın digər aparıcısı Pərvanə Tahirqızı onun bu sözlərini tənqid edib. "Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız" deyə, Laləyə söyləyib.
Aparıcı isə ona "Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdı" sözlərini söyləyib.