Müğənni Gülşən haqqında həbs qərarı çıxarılıb.
"Unikal" xəbər verir ki, prokurorluq ifaçının ictimaiyyəti nifrət və düşmənçiliyə sövq, təhqir etmək maddəsi ilə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum olunmasını istəyib. Belə ki, Gülşən oktyabrın 21-də hakim qarşısına çıxacaq.
Xatırladaq ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə edilməyi istədiyini bildirib.