Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən ölkəmizin bərpaolunan enerji potensialı barədə məlumat verib.
"Unikal" xəbər verir ki, Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib.
Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olundular.
Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.