Müğənni və aktrisa Defne Samyeli musiqiçi Çağrı Telkıvıranla eşq yaşayır.
"Unikal" xəbər verir ki, ikili ötən gecə ilk dəfə birlikdə görüntülənib. Mətbuat mənsublarını görüncə təşvişə düşən cütlük eyni maşına minərək oradan uzaqlaşıblar.
Qeyd edək ki, 50 yaşlı aktrisa hazırda ATV ekranlarında yayımlanan "Aldatma" serialında rol alır.