“El” yarandı,yoxsa ləğv olundu?
13:28 14-03-2013
İQTİSADİYYAT
İddialar özünü doğrultmadı
“El” hərəkatı nəhayət ki, yaradıldı. Amma qarşıya qoyulan iddiaların demək olar ki, böyük bir hissəsini görə bilmədik. Görünməyən, amma vəd olunanlar nə idi?
1. İddia edilirdi ki, “El” hərəkatı yeni simaların siyasətə gəlişi ilə müşahidə olunacaq. Amma ,aydın oldu ki, Eldar Abbasov istisna olamaqla yeni hərəkat elə müxalifət düşərgəsində olan və partiya aslılığı olmayan şəxslərdən formalaşıb. Yəni nə yeni siyasi simalar göründü, nə də yeni sosial bazanın ortaya çıxma ehtimalı hiss edilmədi.
2. Iddia edilirdi ki, “El” hərəkatı müxalifət qüvvələrini bir araya toplayacaq və bir növ mərkəzə çevriləcək. Amma aydın oldu ki, “El” hərəkatı nəinki mərkəzə çevrildi,hətta bir müddətdən sonra yedəkçi bir quruma çevriləcək. Çünki toplantıdan da aydın oldu ki, hərəkata maraq göstərən qüvvələr yalnız İctimai Palata oldu. Tədbirdə nə Lalə Şövkət Hacıyeva, nə Sərdar Cəlal oğlu, nə Mirmahmud Mirəlioğlu kimi təsirli simalara rast gələ bilmədik. Hətta loyal müxalifət hesab edilən qüvvələrdə gözə görünmədi. Bu isə bir daha təsdiqlədi ki, “El” hərəkatı nəzərdə tutulduğu kimi bütün qüvvələri əhatə edə bilmədi. İctimai Palata ilə yanaşı addımlamaq isə gec-tez bu qurumunda bir yedəkçi, özüdə İctimai Palatanın təsirində olan quruma çevrilməsinə şübhə qalmadı.
İddia edilirdi ki, “El” hərəkatı müxalifətin vahid namizəd problemini həll etmək gücündə olacaq və əsas vəzifəsi də məhz budur. Amma aydın oldu ki, ilk növbədə “El” hərəkatı müxalifəti əhatə edə bilmədi və İctimai Palata çərçivəsində məhdudlaşdı. Belə olan halda İctimai Palatanın özü vahid namizəd problemini həll edə bilmirsə, yedəkçi rolunda çıxış edəcək “El” hərəkatı bu problemi necə həll edəcək? Sözsüz ki, heç cür. Bu arada bunu da qeyd edək ki, heç siyasi liderlər, prezidentliyə namizədlərdə ilk gündən bu quruma mərkəz qüvvə kimi baxmadı. Hətta Müsavat başqanı İsa Qəmbər çıxış edərkən “El” hərəkatına kənar bir təşkilat kimi yanaşdı:-“ Biz bu seçkilərə qatılmalıyıq. Seçkidə iştirak iddiasını ortaya qoymaq böyük bir fədakarlıqdır. Bu istiqamətdə fəaliyyət zamanı ”EL" hərəkatı cəmiyyətin önəmli bir hissəsini öz ətrafında toplaya biləcək, haqlı iddialarını ortaya qoyan demokratik kəsimlə bərabər hərəkət edəcək. Bizim ölkədə dəyişikliyin nə şəkildə baş verməsi ilə bağlı razılaşmalara ehtiyac var. Əgər prosesdə namizədlərdən hansınasa daha çox dəstək gələcəksə, bizlər ona dəstək verəcəyik. Mən inanıram ki, “EL” bu yöndə ciddi addımlar atacaq. Hərəkata hədəflərinə çatmaq yolunda uğurlar arzulayıram".Gördüyünz kimi İsa Qəmbər bildirmədi ki, “El” hərəkatı çərçivəsində hərəkət edəcəklər, bildirdi ki, birgə hərəkət edəcəklər. Bu isə hərəkata müttəfiq təşkilat kimi yanaşmaqdır. Müttəfiqlik varsa deməli artıq iki tərəf var. “El” hərəkatına bir tərəf kimi yanaşmaq isə o deməkdir ki, hərəkatın mərkəzçi rolu qəbul edilmədi.
3. İddia edilirdi ki, “El” hərəkatı Ziyalılar Forumunun başladığı missiyanı davam etdirəcək və neytral ziyalı toplumu da məhz bu hərəkata cəlb ediləcək. Amma aydın oldu ki, əslində ən böyük yanlışlıq “El” hərəkatının yaradılmasında oldu. Çünki Ziyalılar Forumu daha effektli bir forma idi və ən azından bu qurumda Rafiq Əliyev, Cəmil Həsənli kimi simalar var idi. Amma hərəkatda bu simaların heç biri təşkilatçı kimi ortaya çıxmadılar və yeni hərəkat siyasi bir quruma çevrildi. Belə olan halda nəinki yeni ziyalıları cəlb etmək hətta olanları da saxlamaq mümkün olmayacaq.
Maraqlıdır, bəs “El” hərəkatının sonrakı taleyi necə olacaq? Ekspertlər hesab edir ki, yarandığı gündən prinsipial vəzifələrini icra edə bilməyən qurum,bir müddətdən sonra firqəçilik maraqlarından kənara çıxa bilməyəcək. Firqəçilik isə nə qədər artacaqsa,bir o qədərdə digər müxalif qüvvələrlə aralarındakı problemlər dərinləşəcək. Nəticədə hərəkat əslində təsis edilməmiş bir partiyaya çevriləcək. Bu isə o deməkdir ki, ən azından 2013-cü il prezident seçkilərində “El” hərəkatı heç bir təsir imkanına malik olmayacaq. Bunu da xüsusi olaraq vurğulayaq ki, sərt bəyanatlarla çıxış edən və “El” hərəkatının yaranmasına ciddi-cəhdlə çalışan Rüstəm İbrahimbəyov ilkin mərhələdə demək olar ki, gözə görünmədi və heç bir vəzifə tutmadı. Müşahidəçilər hesab edir ki, Rüstəm İbrahimbəyov əslində artıq siyasi proseslərdən geri çəkilməyə çalışır. Amma ictimai qınağa görə hələ ki, konkret addım atmır və bu şəkildə passivləşməklə gündəmdən çıxmaq istəyir. (“Unikal” qəzeti)
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00