Expressbank Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bankçılıq Mükafatları” müsabiqəsində 4 mükafat qazanıb.
"Unikal" xəbər verir ki, fərqli nominasiyalarda tətlif edilən Bank ən çox mükafat qazanan banklar sırasında yer alıb.
Qeyd edək ki, hər il keçirilən müsabiqə, maliyyə institutlarının illik fəaliyyət nəticələri üzrə Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir. 2022-ci ilin fəaliyyət nəticələrinə əsasən Expressbank 4 istiqamət üzrə mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət
- Ən fəal maliyyə savadlığı dəstəkçisi
- Ən fəal təhsil dəstəkçisi
- Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü.
Məlumat üçün bildirək ki, Expressbank ötən illərdə də müxtəlif nominasiyalarda “Bankçılıq Mükafatları”nı qazanıb.
Expressbank xidmətləri haqqında ətraflı məlumatı 132 nömrəsinə zəng edərək və ya rəsmi veb saytından, Facebook, Instagram səhifələrindən, Bankın filiallarından əldə edə bilərsiniz.
Expressbank – İşiniz rahat getsin!