"Bu il ərzində üç rayonda - Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin inşa olunması planlaşdırılır".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. O bildirib ki, bu rayonlarda prioritet məsələlər ilk növbədə sosial infrastrukturun tikintisindən ibarətdir.

"Söhbət məktəb, xəstəxana və yollardan gedir", - deyə V. Hacıyev qeyd edib.