Bəzi icra başçılarının əndrabadi xilas yolu
13:51 14-03-2013
İQTİSADİYYAT
Onlar «yuxarılar»a şikayətləri necə önləyirlər?
Bəzi rayonlarda yerli icra hakimiyyəti rəhbərləri vətəndaşlardan «yuxarılar»a ünvanlanan şikayətləri önləmək üçün qeyri-adi yola əl atırlar. Bu barədə redaksiyamıza məlumatlı mənbədən bildirilib.
Mənbənin sözlərinə görə, yerli məmurlar rəhbərlik etdikləri rayonların poçt şöbələrinə başda Prezident Administrasiyası olmaqla yüksək instansiyalara gedən məktubları nəzarət altında saxlamaq, onları qəbul etməmək barədə göstəriş verirlər: «Bilirsiniz ki, ölkə rəhbəri bu yaxınlarda bəzi icra başçılarına qanunsuz davranışları ilə bağlı xəbərdarlıq etdi, onlara vətəndaşları incitməmək barədə göstəriş verdi. İndi isə bəzi rayon rəhbərləri onlardan «yuxarılar»a narazılıq tonunda şikayətlərin getməməsi üçün müxtəlif yollara əl atırlar».
Bildirilir ki, bu yollardan biri də rayon sakinlərindən yüksək dövlət qurumlarına gedən şikayətlərə bu və ya digər üsullarla mane olmaqdır. «Belə iddialar var ki, sosial narazılığın çox olduğu bəzi rayonlarda yerli poçt şöbələrində Bakıya - hansısa yüksək dövlət qurumuna ünvanlanan şübhəli məktub müəllifləri sorğu-sual edilir, onlardan bu məktubları hansı məqsədlə yazdıqları israrla soruşulur. Məqsəd də məlumdur: məktubun mahiyyətinin şikayət xarakterli ola biləcəyindən doğan narahatlıq! Bəzi məlumatlara görə, belə şübhəli məktublar olarkən onların qəbulundan imtina edilir».
Qaynaq onu da bildirir ki, əksər rayonlarda icra hakimiyyəti orqanlarının «qara siyahısı»nda olan adamlar var. Bu adamlar «demaqoq» kimi qələmə verilir: «Onlar xüsusi diqqətdə saxlanılır, sadə vətəndaşlar arasında belələri ilə yaxın və ya uzaq münasibətdə olmaq az qala düşmənçilik kimi qələmə verilir. Bunun da səbəbi məlumdur. Onlar yaşadıqları rayonlarda sosial-iqtisadi problemlərə, məmur özbaşınalıqlarına diqqətlə yanaşırlar, yuxarı dövlət instansiyalarına və mərkəzi mətbuata hər bir «ÇP» haqqında dərhal məlumat verirlər. Bəzi yerli icra hakimiyyəti orqanları isə belə «demaqoq»lardan vətəndaşları uzaq tutmağa çalışırlar ki, onlar öz şikayətlərini bu adamlara, həmin adamlar isə hökumət strukturlarına və mərkəzi KİV-lərə ötürməsinlər».
Mənbəmizin deməsinə görə, bu cür üsullarla rəhbərlik etdikləri rayonlarda sosial narazılığı ört-basdır etməkdənsə, bəzi yerli məmurlar vətəndaşların problemlərini həll etmək və əməli işlərlə məşğul olsalar yaxşıdır. «Çünki bəzi rayonlarda narazılıqların sosial partlayışla əvəzlənməsi göstərdi ki, yerli əhalinin etirazlarını süni yollarla malalamağa çalışmalarının heç bir nəticəsi olmur. Əksinə, bu, belə icra başçılarını daha pis vəziyyətdə qoyur. Camaatın narazılıqlarının qəfil partlayışı onların karyeralarının bitməsi ilə nəticələnir» deyə mənbəmiz əlavə edib.
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55