Astarada qadın qətlə yetirilib.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.