Martın 15-də Zəngəzur bölgəsində ağır yol qəzası baş verib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil naməlum şəraitdə Sisyan-İşxanasər avtomobil yolunun 1-ci km-də hərəkət zolağından çıxaraq aşıb. 

Qəza nəticəsində 4 hərbçi ağır yaralı vəziyyətdə "Ağitu" hərbi hospitalına yerləşdirilib.

Ağarza Elçinoğlu