Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.
"General Motors" (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, "UNO MİNDA" (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), "Uzavtosanoat" SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.