Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla taxıl müqaviləsini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub", - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı İstanbulda əldə olunan taxıl sazişi razılaşması və ikitərəfli əlaqələr müzakirə olunub.
Ağarza Elçinoğlu