Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də olub.

"Unikal" xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.