Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi qarşıdurmaya girməmək barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin bundan sonra bir-birinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə qərar qəbul ediblər.
“Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüblər”, - nəşr yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.