Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Quşqara kəndini yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik avtomobillərindən biri digərinə  çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov