Gəncədə ev yanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1990-ci il təvəllüdıü Sənan Həsənova məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın yanğınsöndürən bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı 1 otaqlı ev əşiyaları ilə birlikdə yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki, Sənan Həsənov Vətən müharibəsinin iştirakçısıdır.

Tural Əhmədov