"Hər bir millətin gələcəyi elm və təhsillə bağlıdır. Kəndlərdə ən müasir məktəblər tikilib. Amma təhsilimizin keyfiyyəti aşağı düşdükcə, cəmiyyətimizdə cəhalət, xurafat və radikalizm artır".

"Unikal" xəbər verir ki, bunu bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, bu məsələyə təhsilin bütün pillələrində diqqət yetirməliyik:

"Elm və təhsil naziri Emin Əmrullayev də burada oturub. Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi. 2022-2023-cü ildə məktəb bağlandı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir".

Anar Kəlbiyev