Bundan əvvəl 4 dəfə deputatlığa namizəd olan sənətçi İbrahim Tatlısəs Oda TV-yə verdiyi müsahibədə "Beşinci dəfə namizəd olacaqsınız?" sualına verdiyi cavabla diqqət çəkib.
"Unikal" xəbər verir ki, AK Partiyadan namizəd olmuş Tatlısəs " Yaxın günlərdə açıqlamamı görəcəksiniz" - deyə cavablandırıb.
Qeyd edək ki, Türkiyədə mayın 14-də Prezidentliyə və 28-ci Dövr parlamentinə seçkilər keçiriləcək.