Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında Xəzər regionunda əməkdaşlığı müzakirə edib.
"Unikal" xəbər verir ki, Xarici işlər naziri Sergey Lavrov hesabat məruzəsi ilə çıxış edib.
“Biz ayrı-ayrı məsələlərdən danışacağıq. Bütün bunlar bizim qonşularımızdır və iqtisadi, siyasi xarakterli və təhlükəsizlik sahəsində bizim çoxlu məsələlərimiz daim gündəmdədir”, - deyə prezident bildirib.
2018-ci ilin avqustunda 22 illik müzakirələrdən sonra Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan liderləri Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənəd Xəzər hövzəsində dibinin və yerin təkinin demarkasiya xətlərinin yaradılmasının əsaslarını müəyyən edir, gəmiçilik, balıq ovu və magistral boru kəmərlərinin çəkilməsi qaydalarını müəyyən edir. O, həmçinin Xəzər dənizi sahillərində xarici hərbi bazaların yaradılmasının qadağan edilməsini və yalnız konvensiyanı imzalamış ölkələrin bayraqları altında gəmiçiliyin inhisarını təsdiqləyir.