Rusiya ordusu Kramatorsk şəhərini kaset sursatlarından atəşə tutub, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. İlkin məlumata görə, ona yaxın yaşayış binası və bir neçə avtomobilə ziyan dəyib.