Gəncədə motosiklet 15 yaşlı yeniyetmə oğlanı vurub.
"Unikal" xəbər verir ki, Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.Hərəkətdə motosiklet yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Nihat Kərimovu vurub.Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə qəzadan sonra motosiklet sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov