Zelenski Bəşər Əsəd və 7 İran vətəndaşına sanksiya tətbiqi haqqında sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Suriya rejiminin lideri Bəşar Əsəd də daxil olmaqla 141 şirkət və 300 nəfərə qarşı sanksiya tətbiq edən fərman imzalayıb.
Ukrayna Prezidentinin saytında dərc olunan bu fərmana əsasən, sanksiya tətbiq edilənlərdən 3-ü Suriya, 7-si İran, qalanları isə Rusiya vətəndaşlarıdır.
Həmin şəxslərin və şirkətlərin 10 il müddətinə Ukrayna tərəfindən sanksiyaya məruz qalacağı gözlənilir.