Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Əhməd Çərkəzov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1949-cu il təvəllüdlü Rafiq Hacıyevi vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sonra vəziyyəti ağırlaşan Rafiq Hacıyev Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Şahnəzər Bəşirov