Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Sepahın 7 rəhbər şəxsinin adı sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısına salınıb. Sepahın kooperativ fondunun idarə heyətinin sədri Əli Əsgər Novruzi və onun müavini Seyid Əminullah Təbəbatəbayi və idarə heyətinin digər üç üzvünə sanksiyalar tətbiq olunub. Bununla yanaşı, Sepah-ın iki regional şöbəsinin rəhbəri - Əhməd Zülqədri və Əlirza Heydərianın da adları siyahıya daxil edilib.
Böyük Britaniya hökuməti adı çəkilən şəxslərə İranda insan hüquqlarını kobudcasına pozduqlarına görə sanksiya tətbiq olunduğunu açıqlayıb.