Türkiyənin Diyarbakır vilayətində keçirilən Novruz tədbirində PKK terror təşkilatının rəmzi bayraqlar qaldırılıb.
"Unikal" xəbər verir ki, təşkilatın lideri Abdullah Öcalanın lehinə şüarlar səsləndirilib.
Qarşıdurma zamanı 5 polib yaralanıb, 19 nəfər saxlanılıb.
Qeyd edək ki, qarşıdurmaya səbəb Əhməd Türkün çıxışı olub. O, kürdləri mübarizəyə səsləyib: "Hörmətli Öcalanın 24 illik həbsxana əsarətinə son qoymalıyıq. Bu dövr qurtuluş günü olacaq. Bu dövr kürdlərin öz müqəddəratını təyin etmə günü olacaq. Mən buna ürəkdən inanıram".
Ağarza Elçinoğlu