"Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.
Dövlət başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
Prezident telefon danışığında son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb.
İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.