ABŞ hakimiyyəti PUA və silah istehsalında İrana dəstək verən dörd hüquqi və üç fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Federal Təhqiqatlar Bürosu (FBI) ilə koordinasiyada İran və Türkiyədə dörd şirkət və üç nəfərə məhdudiyyətlər qoyub. Onların İranın pilotsuz uçuş aparatlar və silahların istehsalı proqramlarını dəstəkləmək üçün Avropadan PUA mühərrikləri də daxil olmaqla, müəyyən avadanlıqların alışında iştirak etdikləri qeyd olunub.