Yuxarı Şirvan kanalından tapılan meyitin şəxsiyyəti məlum olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğlunun meyiti bu gün günorta saatlarında Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən su kanalında aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Yuxarı Şirvan kanalında meyit tapılıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.