Türkiyə İslam Respublikası vətəndaşı olan 26 məhbusu İrana ekstradisiya edib.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü İranın Qərbi Azərbaycan əyalətinin məhkəmə hakimiyyətinin başçısına istinadən Tasnim agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, məhkum edilmiş vətəndaşların köçürülməsi prosesi İran-Türkiyə sərhədində, Bazarqan keçid məntəqəsi ərazisində (İranın şimal-qərbində) baş verib.
Ekstradisiya edilən 26 məhbusun hamısı lazımi hüquqi prosedurlar tamamlandıqdan sonra Bazarqan şəhər həbsxanasına köçürüləcək.
Agentlik bu İran vətəndaşlarının Türkiyədə hansı ittihamlarla mühakimə olunduqları barədə ətraflı məlumat verməyib.