"Türkiyə Ukrayna-Rusiya böhranında Çinin hazırladığı və təqdim etdiyi sülh planını dəstəkləyə bilər". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV-də verdiyi açıqlamalarda bildirib. 

"Vaşinqtonda ümumiyyətlə administrasiyanın bəzi adlarını, müəyyən fikir liderlərini bir kənara qoysam, xüsusilə Ukrayna müharibəsi kontekstində müharibə tərəfdarı bir mühit var. Onlar müharibənin davam etməsini istəyirlər. Onlar istəyirlər ki, müharibə uzansın və təəssüf ki, müharibə davam edəcək.  İki il, üç il müharibədənsə, 10 il danışıqlar aparaq". -deyə Kalın qeyd edib.

Ukraynanın ərazi bütövlüyü və siyasi suverenliyi kontekstində bu problemi həll edəcək perspektivi davam etdirəcəklərini ifadə edən Kalın, Türkiyənin danışıqlar üçün zəmin yaratması halında Çinin sülh planını dəstəkləyəcəyini bildirib.