"ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyini bir daha təsdiqləyir".
"Unikal" xəbər verir ki, bu fikir ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir", - dövlət başçısı məktubunda vurğulayıb.