AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada ermənilər təxribata əl atıblar.
"Unikal" xəbər verir ki, stadiona daxil olmuş ermənilər iki dəfə öz bayraqlarını və cəfəng şüarlar yazılmış plakat açmağa cəhd göstəriblər.
Buna millimizi İsveçdə tək qoymayan azarkeşlərimiz əngəl olublar və təxribatçıların bayraq açmaq həvəsləri baş tutmayıb. İsveç polisi də təxribata dərhal adekvat cavab verib.